İrandan Bəşər Əsədə GÖZLƏNİLMƏZ ZƏRBƏ

“Aksiyalar başlayan vaxt Suriya dövləti xalqı razı salacaq addımlar atsaydı, vəziyyət bu həddə gəlib çatmazdı”.

Lent.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, bu sözləri İran xarici işlər nazirlinin müavini Məhəmməd Əli Sobhani bildirib.

Sobhani Suriyada insanların silaha sarılmasında birbaşa Bəşər Əsəd rejiminin təqsirkar olduğunu da qeyd edib: “Xalq öz haqlı tələblərini sakit şəkildə tələb etdi, ancaq Əsəd hakimiyyəti bu tələbləri güc tətbiq etməklə boğmağa çalışdı. Bunun da nəticəsində, meydana silahlı qruplar çıxdı. Deyirlər ki, mitinqləri dağıtmasaydıq, vəziyyət daha pis olacaqdı. Mən bu fikirlə razı deyiləm. Hadisələr Suriyada bu dərəcədə nəzarətdən çıxmamalı idi”.

İran hakimiyyəti Suriyada üç ildən çoxdur davam edən vətəndaş müharibəsində Bəşər Əsəd rejiminin ən yaxın müttəfiqidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar