“İŞİD girovlardan 45 milyon dollar qazanıb” - “The New York Times”
Baxiş sayı:
Dərc olunub:
25/11/2014 - 18:54
Suriya və İraqın böyük bir ərazisini nəzarətdə saxlayan İŞİD terror qruplaşması girovlara görə ödənişdən öt il 35-45 milyon dollar qazanıb.
Musavat.com-un məlumatına görə, bu barədə “The New York Times” qəzeti “əl- Qaida”ya qarşı sanksiyalara nəzarət edən BMT ekspertinə istinadən yazıb.
“Dəyərləndirmələrə əsasən, 2004-2012-ci illər arasında terror təşkilatlarına girovlara görə ümumilikdə 120 milyon dollar ödənilib”, - deyə qəzet qeyd edib.
Ekspertin sözlərinə görə, son illər “əl-Qaida” və ona bağlı təşkilatlar insanların oğurlanmasını gəlir götürmək üçün əsas taktikaya çeviriblər.
BMT yetkilsi bu xüsusda 2012-ci ilə “əl-Qaida” lideri Ayman əl-Zavahirinin Qərbdən daha çox insanı girov götürmək çağırışını da yada salıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.