Xədicə İsmayılın məhkəməsi təxirə salınıb

XediceAraşdırmaçı jurnalist Xədicə İsmayılın noyabrın 25-nə təyin edilən məhkəməsi dekabrın 2-dək təxirə salınıb.

Xədicə İsmayıl öz facebook hesabında qeyd edib ki, bu dəfə məhkəməyə ittihamçı tərəfin vəkilləri gəlməyib deyə təxirə düşüb.

Proses dekabrın 2-də saat 14:00-a təyin olunub.

Jurnalistlə bağlı proses Binəqədi rayon Məhkəməsində aparılır.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb.

Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxsləri ələ alması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir. Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar