Apple şirkətinin bazar qiyməti 700 milyard dolları keçdi

Dünyanın ən bahalı şirkəti olan Apple-in bazar qiyməti noyabrın 25-də ilk dəfə olaraq 700 milyard dolları keçdi.

Səhmlərinin bazar qiyməti ilə götürəndə Apple-dən sonra ikinci ən bahalı şirkət neft nəhəngi Exxondur – 406 milyard dollar.

Apple başqa bir rekorda da yaxındır. Bu il şirkətin 1 səhminin qiyməti 49 faiz qalxıb. 2010-cu ildə Aple-in səhmi 53 faiz bahalanmışdı.

Bloombergin məlumatına görə, analitiklər yaxın aylar üçün Appl-in səhminin qiymətinin 13 faiz də qalxacağını gözləyir. Onlar bunu Aplle Watch saatlarının buraxılışı ilə əlaqələndirir. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar