Donetskdə sərnişin avtobusuna hücum edildi

Donetskdə sərnişin avtobusu mərmiyə tuş gəlib. ANS PRESS-in məlumatın agörə, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

Qondarma DXR-in Daxili işlər nazirliyindən verilən məlumata görə, bu gün səhər vaxtlarında 6 nömrəli sərnişin avtobusu marşrutu ilə hərəkətdə olarkən mərmiyə tuş gəlib. Bu zaman avtobus Oktyabrskiy qəsəbəsinin Kolxoznıy döngəsində olub.

“2 nəfər həlak olub, 7-nəfər isə yaralanıb”,- deyə DXR DİN-in yaydığı xəbərdə bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar