Səfər Əbiyevdən təkzib 

Eks-nazirlə bağlı heç bir məhkəmə qərarı olmadığı bildirildi...

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə keçmiş müdafiə naziri Səfər Əbiyev barəsində başqa yerə getməməsi haqqında qəti imkan tədbiri seçilməsilə bağlı Moderator.az-da getmiş məlumata sabiq nazirin yaxın ətrafı tərəfindən münasibət bildirilib.

Qeyd olunub ki, bu barədə KİV-ə ötürülən məlumatların heç bir əsası yoxdur və Səfər Əbiyev tam sərbəstdir. Mənbə onu da vurğulayıb ki, həqiqəti əks etdirməyən bu çür şayiələrin yayılması nəinki KİV-lərin nüfuzuna, həm də dövlətimizin imicinə mənfi təsir göstərir. Odur ki, belə məlumatların qabaqcadan dəqiqləşdirilməsi və informasiya vasitələrinə ötürülməsi daha məqsədəuyğun olardı. Ən azı ona görə ki, Səfər Əbiyev uzun müddət müdafiə naziri kimi strateji əhəmiyyət daşıyan mühüm vəzifədə çalışıb.

Məlumat üçün bildiririk ki, bu barədə Bizimyol.info-ya etibarlı mənbədən məlumat daxil olduğu bildirilmişdi. Həmçinin qeyd olunmuşdu ki, keçmiş nazirin adı dünən həbs olunan sabiq nazir müavini Mehman Səlimovun işində keçir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar