Vəkil Elçin Namazov həbs edildi

Noyabrın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O, polisin qanuni tələbinə əməl etməməkdə suçlanır.

Bu haqda "Azadlıq" radiosuna vəkilin qardaşı Əkrəm Namazov məlumat verib. Onun sözlərinə görə, E.Namazovun ofisində axtarış aparılıb, bütün məhkəmə və digər sənədləri götürülüb.

Elçin Namazov DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanır. Vəkilin onunla görüşünə imkan yaradılmayıb.

2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edərək vəkillik etikasını pozduğu göstərilib. E.Namazov sözügedən məhkəmədə 2 aprel aksiyaçılarının hüquqlarını müdafiə edirdi.

E.Namazov kollegiyanın bu qərarını qərəzli, müstəqil vəkillərin susdurulması, çıxdığı siyasi işlərlə bağlı olduğunu hesab edib. Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar