AXCP sədrinin müşaviri yoxa çıxıb

“AXCP sədrinin müşaviri Asif Yusifli təşkiların Nərimanov şöbəsinin sədri Hacı Abbaslının maşını ilə birlikdə ofisə gedib, qayıdarkən sürücü siqaret üçün mağazaya girib və çıxanda görüb ki, Asif bəy yoxdur”. Bunu Azadlıq radiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, hadisə noyabrın 25-də təxminən günorta saatlarında baş verib. Asif Yusiflinin telefonlarına zəng çatmayıb, özündən bir xəbər çıxmayınca Daxili İşlər Nazirliyinin “102” saylı qaynar xəttinə məlumat verilb: “Lakin hələki DİN-dən hanısa məlumat yoxdur. Asif Yusiflinin harada olmasından isə xəbərsizik”.

Gözəl Bayramlı deyir ki, Asif Yusifli ayaqlarından əməliyyat olub. Bir həftədir yataq şəraitində müalicə olunurdu: “Əməliyyatdan sonra bu gün ilk dəfə şəhərə çıxırdı. A.Yusifli ailə üzvlərinə və yaxınlarına əməliyyatdan öncə izləndiyini deyib”.

Asif Yusifli AXCP-nin fəallarından hesab olunur. O, aksiyalarda, özəlliklə seçilir. A.Yusifli Qarabağ uğrunda gedən döyüşlərdə yaralanaraq, əlil olub.

İş vaxtı başa çatdığından DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar