Nazir: “İŞİD tərəfində Türkiyənin 600 vətəndaşı vuruşur”

“İŞİD” terror təşkilatı və digər ekstremist qruplaşmalar tərəfində savaşan Türkiyə vətəndaşlarından azı 100 nəfəri ölüb.

APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ötən gün ölkə parlamentində çıxışı zamanı deyib.

“Kəşfiyyatın məlumatına görə, İŞİD tərəfində əməliyyatlarda Türkiyənin 600-dək vətəndaşı iştirak edir, onlardan azı 100-ü döyüşlər zamanı ölüb”, deyə nazir bildirib.

O, əlavə edib ki, 7000-dən çox xarici vətəndaşa ölkəyə girişinə qadağa qoyulub, ekstremist qruplaşmalar ilə əlaqəli olmaqda şübhəli bilinən azı 1100 nəfər ölkədən çıxarılıb. Rəsmi Ankara 2013-cü ildən başlayaraq əcnəbi silahlılarının ölkə ərazisindən, xüsusi ilə də aeroportlardan keçməsinin qarşısının alınması üzrə tədbirləri gücləndirib.

Çavuşoğlunun sözlərində görə, Türkiyənin Suriya və İraqla sərhədinin 1000 km-dən çox uzunluğu var və əcnəbi silahlıların ölkə ərazisindən keçməsinin qarşısını təkbaşına almaq çox çətindir. Çavuşoğlu Qərb ölkələrini bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar