"Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi qaçılmazdır" - Merkel

Almaniyanın federal kansleri Angela Merkel Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin qaçılmaz olduğunu bildirib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Deutsche Welle məlumat yayıb.

Onun sözlərinə görə, sanksiya rejiminin iqtisadiyyata zərər verməsinə baxmayaraq, Ukraynadakı münaqişənin nizamlanması üçün bu cür tədbirlərin görülməsi zəruridir.

“Biz durmadan böhranın diplomatik yolla nizamlanması üzərində çalışırıq. Lakin, təəssüflər olsun ki, Ukraynanın ərazi bütövlüyünün pozulması hələ də davam edir”, deyə Merkel qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar