BMT: 12.2 milyon suriyalıya humanitar yardım lazımdır

Suriyada 7.6 mln adam ölkə daxilində köçkün düşüb

BMT-nin humanitar məsələlər üzrə rəsmisi bildirir ki, Suriyada zorakılığın artması, vəziyyətin pisləşməsi səbəbindən 12.2 milyon suriyalının yardıma ehtiyacı var. Valerie Amos iyulda bu rəqəmin 10.8 milyon olduğunu deyir.

Amos noyabrın 25-də BMT-nin Təhlükəsizlik Şurasında danışıb. Onun sözlərinə görə, Türkiyə və İordaniyadan Suriyanın yaraqlıların nəzarətində olan ərazilərinə hökumətlə razılaşdırılmadan göndərilən yardım “durumda dəyişiklik yaradıb”.

Amos Təhlükəsizlik Şurasından xahiş edib ki, BMT-nin bu cür yardımların çatdırılması üçün səlahiyyətini uzatsın. Hazırkı mandat yanvarın 1-də bitir.

BMT rəsmisi Suriyada vəziyyətin ağırlaşmasından danışıb. Deyib ki, 2011-ci ildən iqtisadiyyat 40 faiz azalıb. Əhalinin üçdə biri kasıblıq içindədir. Ölkə daxilində 7.6 milyon nəfər köçkünə çevrilib, 3.2 milyon başqa ölkələrə qaçıb – bütün bunlar indiyədək baş vermiş münaqişələrdə ən böyük qaçqın sayıdır. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar