Bakıda küçədə qan töküldü

Yaralının vəziyyəti ağır olduğu üçün onun ifadəsi alınmayıb

Ötən gün axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə qan tökülüb.

Binəqədə rayon Polis İdarəsi 40-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 20 radələrində Müşviq qəsəbəsində qeydə alınıb.

Küçədə yolda 39 yaşlı Faiq Mirzəyev hücuma məruz qalıb. Onu bir neçə yerdən bıçaqlayıblar. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarınınə məkdaşları cəlb olunub. Yaralının vəziyyəti ağır olduğu üçün onun ifadəsi alınmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar