Rusiya Çinə 3 milyard dollarlıq S-400 “Triumf” satır

Rusiya Çinə ən azı 6 diviziyon S-400 “Triumf” zenit-raket komplekslərinin satışına dair müqavilə bağlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Vedemosti”yə Rosoboroneksport”dakı mənbələrdən məlum olub. Bildirilir ki, Çinə bu komplekslərin satışına dair danışıqlar bir neçə ildir davam edirdi.

Mənbə müqavilənin bu yaxınlarda, payızın əvvəllərində imzalandığını deyib. Müqavilənin dəyəri 3 milyard dollardan yuxarıdır. “Rosoboroneksport”un nümayəndəsi məsələni şərh etməkdən imtina edib, S-400 komplekslərini istehsal edən “Almaz-Antey” konserni də şərh verməyib.

Bundan əvvəl “Rosoboroneksport”un rəhbərliyi bildirmişdi ki, Çinə S-400 komplekslərinin satışı 2016-cı ildən tez baş tutmayacaq. Çünki bu silah sistemləri ilə ilk növbədə Rusiya silahlı qüvvələrini təchiz etmək lazımdır. Prezident Vladimir Putin isə bu ilin yazında Çinə S-400 komplekslərinin satışına razılıq vermişdi.

Çin Rusiyadan ən yeni S-400 komplekslərini idxal edən ilk xarici ölkə olacaq. Bundan əvvəl Səudiyyə Ərəbistanı da Rusiyadan bu sistemlərin alınmasına dair danışıqlar aparıb, ancaq danışıqlar yarımçıq kəsilib. S-400 “Triumf” zenit-raket kompleksləri S-300 PMU-2 “Favorit” komplekslərinin bazasında hazırlanıb, dünyada analoqu yoxdur və hazırda ən güclü zenit-raket kompleksi hesab olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar