Sərnişinlər bu dəfə təyyarəni itələdilər - Foto

Sərnişinlərin maşın iələməsi adi haldır. Amma Rusiyada qeyri-adi hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Krosnayarskdakı İqarka aeroportunda şaxtalı hava təyyarənin hərəkətinə maneə törədib. Mənfi 52 dərəcədə donub qalan təyyarəni sərnişinlər hərəkət etdirməyə çalışıblar. İnsanlar "Tu-134" tipli təyyarəni uçuş zolağında itələməyə çalışıblar.

İqarka aeroportundan bildirilib ki, bu hadisə dünən səhər saatlarında baş verib. Uçuşdan əvvəl təyyarənin təkərlərinin donaraq yerə yapışması uçuşun həyata keçirilməsinə əngəl törədilib. Çarter reysi ilə uçuşa hazırlaşan təyyarədə 70 sərnişin olub.

Vəziyyətdən çıxış yolu axtaran sərnişinlər sonda təyyarəni yerindən tərpətməyə çalışıblar. İqarka aeroportundan bildirilib ki, yaranmış problem qısa zamanda həll olunub və uçuş həyata keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar