Ferqusonda başlayan etirazlar bütün ABŞ-a yayılıb - Fotolar

ABŞ-da afroamerikalı gənc Michael Brown-u öldürən polis əməkdaşını həbs etməmək barədə verilən qərardan sonra Ferguson şəhərində başlayan etiraz aksiyaları bütün ölkəyə yayılıb.

Nyu York və Seattle-da keçirilən nemayişlər əsasən insidentsiz olub, amma Kaliforniya ştatının Oakland şəhərlərində iğtişaşlar başlayıb.

Bazar ertəsi zorakı iğtişaşların başladığı St Louis şəhərində yerləşən Ferguson-a çevik polis alayından 2200 nəfər səfərbər edilib.

Cənab Brown-u öldürən ağ dərili polis deyir ki, "vicdanı təmizdir".

Darren Wilson 18 yaşlı Michael Brown-u avqustun 9-da güllələyəndən sonra Missouri ştatındakı şəhərdə iğtişaşlar həftələrlə davam edib.

Ferguson-da əksəriyyəti afroamerikalılardan ibarət olan icmada onu öldürən polis işçisini qət ittihamı ilə həbs edilməsinə çağırmışdılar. Amma məhkəmə qərarına görə Darren Wilson güllələməyə görə həbs edilməyəcək.

Cənab Brown-un ailəsinin vəkilləri münsiflər heyətinin qərarını "ədalətsiz" adlandırıb. Eyni zamanda ailə bu qərardan sonra başlayan iğtişaşları pisləyib. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar