Növbəti Aİ-Rusiya sammitinə hazırlıq gedir

Rusiya prezidenti Vladimir Putin Krımın anneksasiyasından sonra Aİ-də "arzuolunmaz şəxs"ə çevrilib. Heç kəs onu qara siyahıya salmayıb, lakin martda Aİ liderləri növbəti Aİ-Rusiya sammitini ləğv etmək və ikitərəfli adi görüşləri keçirməmək qərarına gəliblər.

Bu qərar İtaliyada keçirilən son Aİ-Asiya sammiti kimi iri şirkətlərin tədbirlərinə, yaxud Fransanın Dövil şəhərində "D-day" gününün (Normandiyanın işğalının ildönümünün) qeyd olunması kimi xüsusi tədbirlərə aid olunmayıb. Bu qərar müəyyən çərçivə daxilində Aİ liderlərinin onunla siyasi yaxınlığına da mane olmur.

Növbəti qeyri-rəsmi Aİ-Rusiya sammiti yanvarın 26 və 27-də Çex Respublikası və Polşada keçiriləcək. Çex Respublikasındakı tədbirdə "Terezin bəyannaməsi" qeyd olunacaq. Bəyannamənin adı nasist Almaniyasının Çex Respublikasının Terezin şəhərində qurduğu yəhudi gettosunun (məhəlləsi) adından götürülüb. Bəyannamədə Rusiya da daxil olmaqla, 46 ölkə soyqırım abidələrini konservasiya edəcəklərinə söz vermişdilər.

Polşa sammiti isə Auşvits həbs düşərgəsinin ləğv olunmasının 70-ci ildönümünə həsr olunacaq. Nasistlər həmin düşərgədə əksəriyyəti yəhudilərdən ibarət olan 1,1 milyon insanı məhv etmişdi. Liderlər yanvarın 26-da və yanvarın 27-i səhər Çex Respublikasında olacaqlar, daha sonra Auşvits şəhərinə yola düşəcəklər.

Putin və Ukrayna prezidenti Petro Poroşenko artıq "Praqa qalası"na (Çexiya Prezident Aparatına) gedəcəklərini təsdiqləyiblər. Çex Respublikasının xarici işlər naziri sammitdə Britaniya, Fransa, Almaniya və ABŞ liderlərinin gəlişi də gözlənilir. Qeyd edək ki, polşalılar Varşavaya öz milli nümayəndə heyətlərini göndərmək üçün Aİ ölkələri, ABŞ, Rusiya və Ukrayna da daxil olmaqla, 40-a yaxın səfirliyə dəvətnamə göndəriblər. Dəvətnamələr bugünədək artıq təsdiqlənmiş olacaq. /eunews.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar