TV-lərimizin bərbad dili: "Maç edirəm, quc edirəm..."

tvlerTelekanallarda Azərbaycan ədəbi dilinin qaydalarına necə əməl olunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb.

Milli Tеlеrаdiо Şurаsı və Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu bildirir ki,6 telekanalı – İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV-də yayımlanan verilişləri yoxlayıblar.

Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələrində - istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur.

Bəzi nümunələr:

XƏZƏR TV

“Hər şey daxil”-22.09.2014- 11:42- aparıcılar- Növbəti təşəkkürümüz olacaey [olacax]

-11:42- ...və biz ünvanı xatırladeceyiy [xatırladacağıx]

-07.10.2014- 10:26- sizi də yani k’i [yani ki]

-10:30- görəceysiz [görəcəx‘siz] təbii ki…

-10:34- indi göstərəceylər [göstərəcəx‘lər] ekranda

“Xəzər xəbər” – 22.09.2014- 12:00- Vüsalə Nurəddinqızı- MN-dən verilən məlumata qörə [görə]

-12:09- aparıcı Vüsalə- Ukranyada [Ukraynada]

-12:09-aparıcı- La’tın [latı‘n] Amerikalı ölkələr…

-21:01- İngiltərə’ [İngi’ltərə]-

-21:15- Mətbuat kanfransı [konfransı]

İTV

Yeni gün”- 17.09.14- 9:09- aparıcı Saleh- Paspırtlar [pasportlar] haqqında…

“Carçı”- Ramiz İdrisoğlu- 20.10.2014; 20:33:57 Görüşdə ölkələrimizarasıəlaqələrin bundan sonra da inkişafı üçün yaxşı imkanların olduğu qeyd olunub.

“İncə maraqlar” – Elnarə- 01.11.2014- 13:21- Bu gün biz danışacağıq: “Neçə uşaq doğmaq olar?”

-14.10.2014- 10:20- Aynur- Yanğı var səsinizdə hansı ki, tamaşaçıları yerindən oynadır. Hansı ki, bu sizin özəlliyinizdir.

Üslubi nöqsanlar

01.09.2014; 03:55:16 Bu gün arealı genişlənən erməni xəstəliyinin simptomları buna dəlalət edir.

SPACE TV

“Hər gün” – aparıcı Elvin Basqallı- 08:09:14- 20:21- Hara düşəcey. [düşəcəx‘]

“Hər həftə” – Zəminə Əliyeva - 02.11.2014; 20:24:39 – Üstəlik diggətin [dik´qətin] feyziyabı kimi bu şou təkrarlanmalıdır.

“Hər həftə” – Zəminə Əliyeva - 02.11.2014; 20:24:49 – Gəbirlərinizi[qəbirlərinizi] dağıdıb baş daşlarınızı satmıram.

“Hər gün” – Fərqanə Səfər – 01.11.2014; 17:00:53 – Mədən çökdü: 3 çinliyerin dibinə girdi.

“Hər həftə” – Ayaz Mirzəyev- 02.11.2014; 20:21:08 – Qaz danışıqlarındakim qazlanır?

ANS

“Xəbərçi”- aparıcı Qənirə Ataşova 04.09.2014- 21:01- Ailə fo’tosu [foto‘] çəkdiriblər.

-9.10.2014- 21:13- Abama [Obama]…

“Evdəyik”- 18.09.14- 13:52- Ulvira Qarayeva- Özüvüzə [özünüzə] iş tapa bilirsiniz.

“Xəbərçi”- 29.09.2014- 8:10- Natəvan Babayeva- Mən sizinlə Xəbərçinin doqquz buraxılışında görüşəjəyəm. [görüşəcəyəm]

“Günəbaxan”- 7.10.2014- 10:54- Həmişə alinə yığasınız başuvuza[başınıza]

“Bazar səhəri Rövşanə ilə” – 28.09.2014- 11:40- Ən vzvayşiy rəngdir.

-12:30- Fikirlərində konservantlıq var.

Lider

“Səda” – 08.09.2014- 19:04- Biz sizə bu haqda xəbər verəceyiy.[verəcəyix‘]

“Səhər çağı” – 7.10.2014- 9:20- Qallivud [hollivud]

“Səda”- Mehman Mehdiyev- 20.10.2014; 19:04:45 Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövgelərdən[mövqelərdən] də silahlı qüvvələrimizin mövgeləri [mövqeləri] atəşə tutulub.

“Səda” –Leyla Mehdiqızı - 01.11.2014; 13:01:19 - ... erməni diaspırını[diasporunu] ittiham edib.

“Sport maqazin” - 01.11.2014; 03:15:28 - ... qalıstukunu [qalstukunu] çıxartdı.

“Səhər çağı” - 01.11.2014; 09:36:34- Respublikamızda keцirilən ...[keçirilən]

01.11.2014; 19:02:18 – Sahib Alıyev- Fransanın maderatorluğu altında ...

01.11.2014; 19:25:24 – Ermənistandan hava daşımlarını ancaq başqa ölkələrin şirkətləri reallaşdırırlar.

ATV

“Gün üzü” -7.10.2014- 11:15- İlqar Mikayıloğlu- Çox sağ olun ki, gəldüz.[gəldiniz]

-8.10.2014- 10:07- İlqar- diyon da [dayan da]

10:08- Əyib döyül... Siz necesüz? [necəsiniz]

-10:16- Kifayətlənmüsüz [kifayətlənmisiniz] bilirəm.

-14.10.2014- 10:04- Bu günlərim biz zəvvarlarımız barədə söbət [söhbət] edəcəyik.

-27.10.2014- 10:13- istəmüyün-

-10:15- bax belənçünə…

-10:34- Evdə balaca bəbəşkası olanlar... Ta lap balaca bəbəşkasından tutmuş..

-10:36- Analıqı olmayan... [analoqu]

“ATV Xəbər” Gülnar Muxtarqızı... 23.09.2014; 14:02:02 Gilan gida [qida]şəhəriyi ilə tanış olub.

“ATV Xəbər” - Gülnar Muxtarqızı - 23.09.2014; 14:02:13 ... hərbi hissəningərargahında [qərargahında] və əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.

“Gündəlik- 15.09.2014- aparıcı Mətanət- 19:16- Siz belə seryoznumüəlliməsiniz?

-19:03- Bütün insanları maç, quç edirəm.

Monitorinqi aparanlar nöqsanları aradan qaldırmaq üçün TV-lərə təkliflər də veriblər. Məsələn, aparıcılara dil normaları ilə bağlı kurs keçilsin (xüsusən də rus təhsilli aparıcıların bəzi səsləri düzgün tələffüz edə bilməsi üçün). Bundan başqa aparıcılar çox sürətlə danışmasınlar, bu onların daha az səhv buraxmasına kömək edər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar