Muxtariyyətin ləğvindən 23 il ötür

Dağlıq Qarabağın muxtariyyət hüququnun ləğvindən 23 il ötür.

1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Həmin gün 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret və 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb.

“Media forum” saytı bildirir ki, Dağlıq Qarabağın sonuncu statusuna görə, muxtar vilayət Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və vilayət tabeli Stepanakert şəhərindən ibarət olub. Muxtar vilayətin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməzdi. Muxtar vilayətin inzibati ərazi quruluşu məsələləri muxtar vilayətin müvafiq dövlət orqanlarının rəyi nəzərə alınmaqla həll edilirdi.

Dağlıq Qarabağ Muxtar Vilayətində dövlət hakimiyyəti orqanı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti idi. Xalq Deputatları Soveti gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında iki il yarım müddətinə seçilirdi.

1981-ci il qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinə 22 səlahiyyət verilmişdi. Onların içində bu səlahiyyətlər də vardı:

- Planlaşdırma, maddi-texniki təchizat, uçot və hesabat sahəsində səlahiyyət

- Büdcə-maliyyə işi sahəsində səlahiyyət

- Qiymətlər sahəsində səlahiyyət

- Müdafiə işi sahəsində səlahiyyət

- Seçkilərin təşkili sahəsində səlahiyyət

- Dövlət mükafatları ilə təltif sahəsində səlahiyyət

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti beş il müddətinə Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət məhkəməsini seçirdi.

Dağlıq Qarabağ Muxtar Vilayəti prokuroru SSRİ baş prokuroru tərəfindən təyin edilirdi.

Hazırda Dağlıq Qarabağda işğalçı rejim hakimdir. 1991-1993-ü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və daha 7 rayonu işğal edərək faktiki olaraq özünə birləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar