"AXCP və Müsavatın mənə 52 min dollar borcları var" - Rəsul Quliyev

ADP sədri Sərdar Cəlaloğlu bəyan edib ki, vaxtilə bu partiyanın sədri olmuş Rəsul Quliyevin Əli Kərimli və İsa Qəmbərə 8 min dollar borcu qalıb. Belə ki, 2005-ci ilin parlament seçkiləri zamanı "Azadliq" blokunda birləşən AXCP, Müsavat və ADP-nin xaricdən təşviqat avtobusu gətirmək ideyası olub. Bu işin həyata keçirilməsi üçün hər partiya 8 min dollar ödəməli imiş. Lakin Rəsul Quliyev "siz ödəyin, mən sonra verərəm" dediyindən ADP-nin payına düşən hissəni də AXCP və Müsavat ödəyiblər. Lakin sonradan R.Quliyev həmin pulu verməkdən imtina edib.

R.Quliyev bu gün həmin iddiaya cavab verib. AzPolitika.info R.Quliyevin maraqlı iddia və məlumatlarla zəngin cavabını təqdim edir:

"Mənim Müsavat və Xalq Cəbhəsinə olan ''borcum'' ətrafında söz-söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur. Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu ''borc '' məsələsinin ortaya çıxması məni yenidən keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada verliş aparırdı. O vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri o TV vasitəsi ilə "intervyu"lar verirdilər. Və Türk dostum aqitasiya üçün maşın hazırlamaq (yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və sairə) və 1 ay Azərbaycanda seçkiqabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki proyektin maliyyəsi dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min TV,35 min maşın üçün. Xərc 3 yerə bölünməli idi. Yəni AXCP, Müsavat, ADP hər biri 26 min dollar pul ödəməli idilər. Təəssüf ki, AXCP və Müsavat heç nə ödəmədi. O məşhur 8 mini də kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazağa yaxın Gürcüstan ərazisində o maşını yandırtdı.

Tam məsuliyyətlə hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm "Yeni Müsavat və "Azadlıq" qəzetlərinə ödəsinlər, azad mətbuata yardım etsinlər."

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar