Avropa Məhkəməsi naxçıvanlı biznesmenlərin işi üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədov, Naxçıvandan olan biznesmen Məhəmməd Qurbanov və onun qohumu Nadir Məmmədovun şikayətləri üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.

Vəkil Xalid Bağırov "Turan"-a bildirib ki, hər iki iş üzrə 3-cü (işgəncələrə qadağa) və 5-ci (azadlıq hüququ) maddələrlə zəmanət verilmiş hüquqların pozulmasının tanınması məsələsi qaldırılıb.

Hilal Məmmədov 2013-cü il sentyabrın 27-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu narkotik maddə alveri, dövlətə xəyanət və millətlərarası ədavətin qızışdırılmasına görə 5 il müddətinə azadlıqdan məhrum edib.

Naxçıvanlı biznesmen Məhəmməd Qurbanov və onun qohumu Nadir Məmmədov isə öz yüklərini götürmək üçün gələrkən Sədərək gömrüyündə saxlanılıblar. Onlar rüşvət verməkdən imtina etdiklərinə görə gömrükçülər tərəfindən döyülüblər. Sahibkarlar 4 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Naxçıvan Ali Məhkəməsi apelyasiyanı qismən təmin edərək həbs müddətini şərti olaraq 2 və 3 il müddəti ilə əvəzləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar