Məscidin yandırılmasına görə həbslər başladı

Yandırılan Qaraçuxur məscidinin artıq təmirinə başlanılıb. Virtualaz.org saytının hazırda Qaraçuxur məscidində olan müxbiri xəbər verir ki, məscidin axundu Mirmahmud Fəttayev başda olmaqla məscid camaatı dəyən zərəri aradan qaldırmağa başlayıb.

Məscidin əsasən giriş hissəsinə ziyan dəyib. İbadətgahın xalçası yanıb və yararsız hala düşüb, binanın divarlarını his basıb. Məscidin kondisionerlərinə və isitmə (kombi) sisteminə də zərər dəyib. Pəncərələrin şüşələri sınıb.

Məscidin axundu və digər səlahiyyətli şəxslər mətbuata olayla bağlı heç bir açıqlama verə bilməyəcəklərini deyirlər. İbadətgahın ərazisində çəkiliş aparmağa da icazə verilmir. Polis məscidi tam nəzarətə götürüb.

Qeyd edək ki, məscid kamera sistemi ilə təchiz olunub. Allah evini yandıran şəxslər nəzarət kameralarına düşüb. Polis görüntülərə əsasən araşdırmalara başlayıb.

Müxbirimizin əldə etdiyi məlumata görə, yanğını törədən iki şəxs hələ saxlanılmayıb. Lakin onları məscidə gətirən taksinin sürücüsü saxlanılıb. O, artıq Sabunçu Rayon Polis İdarəsi 32-ci polis bölməsindədir.Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Qaraçuxur məscidi 1992-ci ildə azərbaycanlı və türkiyəli iki iş adamının təşəbbüsü ilə tikilib. Hazırda ən çox camaatı olan məscidlərdən biridir. Bu məscidddə sünni və şiə camaatı birlikdə ibadət edir. Bu günədək məsciddə heç bir insident baş verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar