Putinin "qreçka" reytinqi

Financial Times qəzeti yazır ki, Rusiyada qarabaşaq (qreçka) noyabrın əvvəlindən 27 faiz bahalanıb.

Bəzi dükanlarda onun qiyməti 2 dəfə qalxıb. Bəzi yerlərdə qarabaşaq satışına limit qoyulub. Kənd təsərrüfatı nazirliyinin yüksək rütbəli məmuru qəzetə deyib ki,adamlar ərzaq ehtiyatı yığır, çünki özlərini təhlükəsizlikdə hiss etmirlər.

Qəzet yazır ki,hələ ciddi problem yoxdur, mağazaların piştaxtaları doludur. Ancaq qarabaşaq defisiti hər bir rusiyalıda belə bir hiss oyatdı ki, ölkənin problemləri indi hər bir kəsə aiddir.

Zəif rubl isə Rusiya şirkətlərinin ödəmə qabiliyyətinə mənfi təsir göstərir. İsveçrə şirkəti Stadler Rusiyanın Aeroekspress şirkətinə 25 yeni ikimərtəbələli vaqonların birinci partiyasını verib. Müqavilənin qiyməti 380 milyon avrodur. Rusiya şirkəti indi bunu ödəməkdə çətinlik çəkir. Çünki şirkətin satışı da rublladır, aldığı kreditlər də. Bunu avroya çevirmək isə indiki məzənnə ilə çox sərfəsizdir.Rublun düşməyinə görə Moskva metrosunun yeni xəttinin çəkilişi də dayandırılıb. Bu layihənin qiyməti 2 milyard dollar idi. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar