Dünyanın ən təhlükəli ziyarəti

İndependent qəzeti yazır ki, bu günlər dünyanın ən təhlükəli ziyarəti gedir. Şiə müsəlmanlar İslam dövləti yaraqlılarının nəzarətində olan ərazilərin yanından keçməklə İraqın Kərbəla şəhərinə gedirlər.

Bağdadın 70 km-liyində olan Kərbəlada dekabrın 12-si müqəddəs gündür. İmam Hüseynin bu ilki təqvimlə ölüm gününün 40-dır.

680-ci ildə öldürülən İmam Hüseynin türbəsi Kərbəlada yerləşir. Bura 2013-cü ildə 40 ölkədən 20 milyon zəvvar gəlib.

Bu, dünyada ən yüksək illik göstəricidir. Hindlilərin Kumbh Melaya ziyarəti dünyada ən çox adam gələn ziyarətdir, ancaq bu ziyarət 3 ildən bir olur.

Məkkə ziyarətinə ildə 2 milyon adam gedir.

Kərbəla ziyarətləri isə indi çox təhlükəlidir. Keçən ilki Kərbəla ziyarətində onlarla adam öldü. Sünni yaraqlılar onlara raket atırdı, maşınlara bomba qoyurdu.

Məlumç olduğu kimi İslam Dövləti yaraqlılarının əsas hədəflərindən biri şiələrdir.

Kərbəlaya gedən yollar çox təhlükəlidir. Zəvvarlar Bəsrədən Kərbəlaya 450 km-lik yolu piyada 2 həftəyə gedir. Burda həddən çox adam var və hücum üçün çox əlverişlidir.

Sayed Mahdi al-Modarresi Huffington Post-da yazır ki, Kərbəla ziyarəti Ginnesin rekordlar kitabına yazılmalıdır: “bura bir ildə ən çox adam gəlir, pulsuz ən çox adam yedizdirilir, bir məclisə xidmət edən könüllülərin sayı ən çoxdur və bütün bunların hamısı intiharçı hücum təhlükəsi altında baş verir”. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar