100 min avroluq mükafat: finala 6 iddiaçı çıxıb

Niderland Xarici İşlər Nazirliyinin təsis etdiyi “Human Rights Tulip” (Zanbaq mükafatı) mükafatına iddiaçıların sayı 30-dan 6-ya düşüb.

30 namizəd arasında Azərbaycandan məhbus hüquq müdafiəçiləri Rəsul Cəfərov və Leyla Yunus da vardı. Onlar finala çıxa bilməyiblər.

Mükafat hər il insan haqları uğrunda mübarizə aparan hüquq müdafiəçilərinə və ya təşkilatlara verilir. İnternet istifadəçiləri və münsiflər heyəti öz seçimlərini edib, indi yekun qərarı Niderland Xarici İşlər Nazirliyi çıxaracaq.

“Media forum” saytının məlumatına görə, finala çıxmış 6 namizəd bunlardır:

İranda İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniya;

nigeriyalı hüquq müdafiəçisi Çidi Odinkalu;

Ukraynanın “Euromaidan SOS” təşkilatı;

Ekvadorun “YASunidos” təşkilatı;

rusiyalı hüquq müdafiəçisi Yelena Klimova;

Bəhreynin “Mideast Youth” təşkilatı.

Qalibin adı dekabrın 9-da açıqlanacaq. Mükafatın dəyəri 100 min avrodur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar