Eks-qubernator məhkum olundu, ancaq prezidentə sadiqliyinə görə azad olundu

Qazaxıstan məhkəməsi keçmiş qubernatoru məhkum edib, ancaq o, prezident Nazarbayevdən bağışlanmasını xahiş edəndən sonra onuazad edib.

Pavlodar vilayətinin keçmiş qubernatoru Erlan Aryn pul yuma, maliyyə fırıldağı və rüşvət almada ittiham olunurdu və noyabrın 26-da məhkəmədə günahkar bilindi.

Ancaq o, 3 il şərti cəza almaqla məhkəmədə azadlığa buraxıldı.

Buna səbəb onun noyabrın 25-də məhkəmədə son sözüdür. Aryn dedi ki, prezidentin ona etimadını doğrultmadı, ancaq prezidentə sadiqdir.

Yerli siyasi təhlilçi Rasul Zhumaly Azadlıq Radiosuna deyib ki,onun azad buraxılması məhz bu çıxışı ilə bağlıdır.

Qazaxcıstanda indiyə kimi bir çox ali məmurlar uzun müddətli həbs cəzası alsalar da bu cəzalarının az bir hissəsini çəkməklə azadlığa çıxırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar