"Gürcüstan hakimiyyəti Azərbaycana blokada elan edir" - Saakaşvili

saakashvili-mikhail.si“Daima digər qonşulara qarşı təbliğat gedir”.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili iddia edir ki, ölkənin hakimiyyəti şantaj yolu ilə Gürcüstanın keçmiş baş naziri Niki Qilaurinin Ukraynanın biznes-ombudsmanı təyinatını ləğv ediblər. Oxu.az xəbər verir ki, Saakaşvili bu barədə bu gün “Rustavi 2” teleşirkətinin efirində bəyan edib.

“Nika Qilauri Ukraynanın biznes ombudsmanı təyin olunurdu. Bu, Avropa Bankının layihəsi idi və Gürcüstan hakimiyyəti nota göndərərək, əgər Qilauri Ukraynanın əsas vəzifələrindən birinə təyin edilsə, Gürcüstan hakimiyyəti Avropa Bankı ilə əməkdaşlığa son qoyacağını bəyan edib.

Onlar bizi Ukrayna, Azərbaycan ilə ayırırlar, çünki Abxaziyadan keçən dəmir yolu, regionda əsas müttəfiq olan Azərbaycana blokada elan etməkdən başqa bir şey deyil.

Problemlər yaradılır, digər qonşulara qarşı daimi təbliğat gedir və yalnız bizi ayırmağa və məhv etməyə çalışan haqqında heç bir fikir söylənilmir”, - sabiq prezident bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar