İŞİD-in "paytaxtı" növbə ilə bombalanır (VİDEO)

Suriyanın Raqqa şəhərinə endirdiyi aviazərbələr nəticəsində 100-dək adam ölüb

Suriyada hökümətin İŞİD-ə qarşı apardığı hərbi əməliyatlar nəticəsində 100 yaxın insan həlak olub. Ölənlər arasında dinc sakinlər çoxluq təşkil edir.

ANS TV-nin məlumatına görə, hökumət qüvvələrinin İŞİD terror qruplaşmasının Raqqa şəhərindəki mövqelərinə endirdiyi aviazərbələr barədə Suriya müxalifəti məlumat yayıb. Şahidlərin sözlərinə görə, ölənlər arasında xeyli sayda dinc sakin, o cümlədən uşaqlar var. Raqqa sakinləri hökumət qüvvələrinin aviazərbələrinə görə hədsiz dərəcədə narahatlıq keçirirlər. Şəhər küçələrinin boşaldığı, insanların evlərindən çıxmağa qorxduqları söylənilir. Əhali ərzaq qıtlığından əziyyət çəkir, enerji verilişində problem yaşanır.

Şəhərə zərbə endirmək üçün növbəlilik prisipi gözlənilir. Qaydaya görə, səhərlər Raqqada İŞİD mövqelərinə Suriya hökumət qüvvələri, axşamlar isə Amerika təyyarələri aviazərbələr endirir. Son aylarda Raqqanın bombardman edilməsi intensivləşib ki, bunun da əsas səbəbi həmin şəhərin İŞİD qüvvələrinin əsas istinadgahı olmasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar