NATO Ukrayna ordusunu gücləndirəcək

NATO 1NATO Ukraynanın ərazi bütövlüyünü müdafiə edir və Ukraynan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməyə hazırdır. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı, amerikalı general Filipp Bridlav çıxış edib.

“Biz Ukrayna ordusunun ehtiyaclarını təmin eləmək üçün hərtərəfli və realist bir proqram tərtib etmişik”, - deyə general bu gün Kiyevdəki mətbuat konfransında qeyd edib. Onun sözlərinə görə, ABŞ Ukrayna silahlı qüvvələrinin ehtiyaclarını müəyyən edib və “bütün kömək imkanları” artıq stolun üstündədir.

Bridlav onu da bildirib ki, “Ukrayna qarşısında ciddi çağırışlar durur və Amerika mürəkkəb məqamda Kiyevi müdafiə etməyə hazırdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar