Putinin pələngi Çində keçi yeyir

Rusiya prezidentinin digər pələngi isə toyuq oğrusudur

“The Associated Press” agentliyinin Çinin dövlətə bağlı “Xinhua News” agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, nadir Sibir pələngi Rusiya prezidenti Vladimir Putin tərəfindən azad edilərək, təbiətin qoynuna buraxılmışdı.

Çin agentliyinin Ustin adıyla təqdim etdiyi pələng 15 keçi öldürüb, 3 keçi isə onun hücumundan sonra yoxa çıxıb. Hadisə Heylonqjianq vilayətinin Fuyuan bölgəsindəki fermerin başına gəlib.

Fermer Quo Yulin pələnglə bağlı ciddi narahatçılıq keçirib. Ancaq ona təsəlli verən bir amil var. Yerli meşə təsərrüfatı departamenti 18 keçiyə görə ona kompensasiya ödəməyə hazırdır.

Çin agentliyinin məlumatında bildirilib ki, 2 il öncə rusiyalı mütəxəssislər 5 pələng balasını xilas etmişdilər. Ustin adlı pələng prezident Putin tərəfindən may ayında Amur regionunda təbiətin qoynuna buraxılmış 3 yırtıcıdan biridir. Həmin region isə Rusiyanın şərqindədir və Çinin şimal-şərqinə yaxındır.

Xəbərdə deyilir ki, həmin 3 pələngdən 2-si hazırda Çin ərazisindədir. Pələnglər Çində vəhşi heyvanları müdafiə edən qruplar tərəfindən yemlənir.

Putin tərəfindən buraxılmış və hazırda Çində olan digər pələngin adı Kozyadır. Ehrimal edilir ki, o ötən həftə adıçəkilən regionda hinə girərək, 5 toyuq parçalayıb.

Fermer Quo Yulin deyib ki, onun itləri gecənin bir aləmində bərkdən hürməyə başlayıb. Ancaq fermer buna o qədər də önəm verməyib. O, səhər keçilərin saxlanıldığı tövləyə girəndə isə dəhşətə gəlib. Çünki tövlədə hər tərəf ölmüş keçilərlə dolu olub. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar