Rusiyadan Əsədə dəstək

Russian FM Lavrov attends news conference in Moscow"Moskva terrorizmlə mübarizədə Suriyanın yanında olacaq"

Rusiya Bəşər Əsədə rəsmən dəstək verəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvanın terrorizmlə mübarizədə Suriyaya dəstək göstərəcəyini bildirib.

"Rusiya terrorizmlə mübarizədə Suriyaya köməyini göstərməyə davam edəcək", - deyə Lavrov qeyd edib.

Həmçinin o əlavə edib ki, terrorçuluğa qarşı ABŞ başçılıq etdiyi koalisiyanın hərəkətləri beynəlxalq normalara ziddir.

Bundan başqa, nazir Suriyada münaqişənin sülh nizamlanması yolunun axtarışına qayıdış üçün fikrini bildirib.

Daha əvvəl Lavrov bildirib ki, Yaxın Şərqdə terrorizmlə mübarizə dünyanın əsas prioriteti olmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar