Bəşərin yeni bəlası: Lassa

Hər il 300 minə yaxın insan Lassa virusunun qurbanı olur

Minlərlə insanın qurbanına çevrildiyi Eboladan başqa yeni bir dəhşətli virus da müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, Qərbi Afrika ölkələrindən olan Benin respublikasında Lassa virussu səsbəbilə 9 nəfər insan dünyasını dəyişib.

Beninin səhiyyə naziri Dorote Kinde Gezar qərbi Afrikada tez-tez rast gəlinən və simptomları Eboya oxşayan virus haqqında danışarkən, Lassanın kəskin temperatur qalxmasına səbəb olduğunu, qan axmaları yaratdığını bildirib.

O, həmçinin ölkənin paytaxtı Porto-Novodan 600 km uzaqlıqda yerləşən Tanquita bölgəsində 9 nəfərin öldüyünü, 15 nəfər şübhəlinin olduğunu vurğulayıb.

Qeyd edək ki, Qərbi Afrikada hər il 300 minə yaxın Lassa virusuna yoluxan insandan 5 mini ölür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar