Neftin qiyməti 72 dollara enib

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,96 dollar azalaraq 72,73 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,20 dollar ucuzlaşaraq 76,55 dollar olub.

Analitiklər neftin qiymətindəki enişi OPEK-in neft hasilatı ilə bağlı kvotanı azaltmaq istəməməsi ilə bağlayır. Qeyd edək ki, kartel iştirakçıları bununla bağlı müzakirələri bu gün baş tutacaq iclasda müzakirə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar