"Ebola" virusuna qarşı peyvənd sınaqdan uğurla keçib

ebola virusABŞ-da "Ebola" virusuna qarşı təcrübi peyvənd ilk kliniki sınaqdan uğurla keçib.

SalamNews-un "Vesti.ru" saytına istinadla verdiyi xəbərə görə, alimlərin müsbət nəticə əldə etdikləri peyvənd 20 könüllü üzərində sınaqdan keçirilib.

Sınaq zamanı pasientlərdən hər birinin immun sistemi "Ebola"ya qarşı anticisimlər yaratmağa başlayıb.

Təcrübi peyvənd iki könüllüyə qısamüddətli hərarət yüksəlməsi istisna olmaqla, heç bir zərərli təsir göstərməyib.

Ağ ev alimlərin bu uğurunu alqışlayıb. Ölkə prezidenti Barak Obama dekabrın 2-də öldürücü təhlükəli xəstəliklə mübarizə aparan alimlərə şəxsən təşəkkür etmək üçün peyvəndin hazırlandığı Milli allergik və infeksion xəstəliklər institutunu ziyarət edəcək.

Bildirək ki, B.Obama 2015-ci ildə Konqresi sözügedən virusla mübarizəyə əlavə büdcə vəsaitləri ayırmağa çağırmağı planlaşdırır.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, "Ebola" qurbanlarının sayı 5.7 minə çatıb. Ən çox ölüm halı Qərbi Afrikanın Liberiya, Serra-Leone, Qvineya dövlətlərində qeydə alınıb. Daha 16 min insan isə bu virusa yoluxub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar