Bu gün kritik toplantı baş tutacaq

Bu gün Avstriyanın paytaxtı Viyanada OPEC-in toplantısı keçiriləcək.

Toplantıdan əvvəl verilən açıqlamalar, neft kartelinin istehsalı azaltmaq barədə qərar çıxarmayacağına işarə edir. Reutersə danışan üç OPEC nümayəndəsi, istehsal kvotasının aşağı salınmasının olmayacağını söyləyib.

ÖZ-ÖZÜNÜ TƏNZİMLƏYƏCƏK

Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi, neft bazarının öz-özünü tənzimləyəcəyini proqnozlaşdırır. İranın neft naziri isə OPEC-in istehsal kvotasına sadiq qalmasının və istehsalı azaladılmasının lazım olduğunu bildirib.

ABŞ OPEC-i NARAHAT ETMİR

ABŞ-ın nefti istehsalı OPEC-i narahat etmir. OPEC-in Başçısı Abdullah Salam əl-Bedri, OPEC-in Amerikalı neft istehsalçılarını hədəf aldığına dair iddiaların tamamilə yersiz olduğunu söyləyib. Bu iddiaları ABŞ mətbuatının şişirtməsi kimi qiymətləndirən Əl-Bedri, bu mövzuda sakit davrandıqlarını, çünki Şimal Amerikadakı istehsalın qarşıdakı dövrdə azalacağını gözləyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar