Kreml anti-Aİ partiyaları ilə münasibətlərini yaxşılaşdırır

Rusiyanın anti-Aİ partiyaları ilə münasibət qurmaq üçün yeni strategiya seçdiyi bir vaxtda Avstriyanın radikal-sağ FPO partiyası Kremllə münasibətlərinə aydınlıq gətirib. Bu barədə "EUobserver" yazır.

FPO lideri Haynts-Kristian Strahe "facebook" sosial şəbəkəsində özünün və digər yüksək FPO nümayəndələrinin Moskvadakı yüksək səviyyəli konfransda çəkilmiş şəkillərini yayıb. Avstriyanın solyönümlü SPO partiyası isə Avstriya mətbuatında FPO partiyasının müstəqil fəaliyyət göstərməsindən söz açıb. Strahe buna cavab olaraq noyabrın 25-də bildirib ki, "Biz bitərəfik və partiyanın rusyönümlü siyasəti üçün maliyyə ianələri, yaxud kreditlər almırıq". "Facebook" sosial şəbəkəsindəki statuslara "NATO-Aİ iqtisadi müharibəsinə və Rusiya əleyhinə sanksiyalara son. Bizə Avropada yeni sədd lazım deyil" kimi şərhlər yazılıb.

"Avropada "etibar böhranı"nın öhdəsindən gəlməyin yolları" adlı seminara Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edib. Qonaqlar arasında Rusiyanın Aİ səfiri Vladimir Çijov və rusyönümlü fikirləri ilə tanınan sabiq alman diplomatı Volfqanq İşinger də olub.

Xatırladaq ki, noyabrın 24-də Almaniyanın "Bild" qəzeti avroskeptik AfD partiyasının Kreml tərəfindən maliyyələşməkdə günahlandırmışdı. Bu xəbərdən sonra Avstriyada gurultu qopmağa başladı. Qəzet Almaniya kəşfiyyat "mənbələri" və Moskvanın strateji kommunikasiyalar institutunun sənədinə istinadən yazır ki, Rusiya

AfD-nin xəbəri olmadan şübhəli vasitəçilərin köməyi ilə partiyaya bazar qiymətindən aşağı qızıl satır.

AfD partiyasının qurucusu və parlamentari Bernd Luke ittihamları inkar edib. "Bild" qəzetinə cavab olaraq, o deyib: "Alman kəşfiyyat xidmətlərində belə informasiya varsa, onda onlar bu sözü mənə qəzet vasitəsilə deməməlidirlər. Rusiyanın müdaxiləsi ilə bağlı heç bir sübut yoxdur. Bu hesabatların hamısını yalan hesab edrəm".

"Bild" xəbər verir ki, ABŞ-ın qara siyahısına düşən Kremlin sirdaşı və Rusiyanın dəmiryolu şirkətinin rəhbəri Vladimir Yakunin ötən həftə Berlində Maritim mehmanxanasında "Rusiyanın dostları" adlı konfransa ev sahibliyi edib. Qəzetin yazdığına görə, AfD partiyasının digər qurucusu Aleksander Qauland hakim koalisiyanın SPD partiyasından Eqon Bahr, neo-nasist NPD partiyasından Frank Frants və Sebastian Şmidtke də həmin konfransda iştirak edib.

Fransanın radikal sağ "Milli Cəbhə" partiyası bu həftə Kremllə əlaqəsi olan bankdan 9 milyon avro kredit götürdüyünü etiraf edib. Xəbərlərin hamısı bu etiraflardan sonra ortaya çıxıb.

Macarıstanın radikal sağ "Jobbik" partiyası da rusyönümlü şəbəkənin üzvüdür. Partiyanın üzvü və parlamentari Bela Kovaçs Rusiya kəşfiyyat xidmətlərindən pul almaqda ittiham olunaraq hazırda istintaqa cəlb olunub. Latviyanın rusyönümlü "Latviyas Krievu Savieniba" partiyasından olan parlamentari Tatyana Zdanoka da oxşar ittihamla üzləşib.

Xatırladaq ki, Rusiya oliqarxlarından Konstantin Malofeev mayda Vyanada FPO, "Milli Cəbhə" və Bolqarıstanın radikal sağ "Ataka" partiyasının nümayəndələri ilə görüş təşkil etmişdi.

Partiyalar Aİ inteqrasiyasını tənqid etmək və Rusiyanın Ukraynadakı müharibəsini müdafiə etməkdən əlavə, müntəzəm olaraq Avropa Parlamentində Rusiyanı tənqid edən qətnamələrin əleyhinə səs verirlər.

"Ataka", FPO, "Milli Cəbhə", "Jobbik" və "Latvijas Krievu Savieniba" partiyaları separatçıların Ukraynanın Rusiya tərəfindən işğal olunan Krım və Donetsk regionlarında martda və noyabrda keçirdikləri "referendum" və seçkilərə hətta müşahidəçi göndərmişdilər. İtaliya və Belçikanın sağyönümlü partiyalarından "Forza Italia", "Lega Nord" və "Vlaams Belang" da onlara qoşulmuşdular.

Almaniyanın "Die Linke" və Yunanıstanın KKE partiyası da daxil olmaqla, anti-Aİ radikal sol partiyalar da seçkiləri müşahidə etmək üçün öz nümayəndələrini göndərmişdilər. /eunews.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar