Ağ Ev qorxu içində: ölkə “ağlar-qaralar” qarşıdurmasına gedir

Amerika hökuməti təşviş içindədir. Dövlət rəsmiləri ölkədə irqi zəmində baş qaldıra biləcək kütləvi qarşıdurmaları əngəlləmək üçün əlindən gələni edir.

Srağagün Maykl Braun adlı qaradərili gəncin öldürülməsi işinə baxan prokuror məhkəmə prosesinə aid bütün materialları, istintaq araşdırmasının nəticələrini, şahidlərin ifadələrini və digər maddi dəlilləri ictimailəşdirib. Bu, Amerika tarixində nadir hadisə hesab olunur.

Maykl Braun Missuri ştatının Ferquson şəhərində avqust ayında polis tərəfindən öldürülmüşdü.

Braun ailəsi qətlin irqçilik zəminində baş verdiyini iddia etsə də, təhlükəsizlik əməkdaşı hadisə zamanı Braunun zorakılıq törətdiyini və üzərinə silah çəkməsini əsas gətirərək ona atəş açdığını qeyd edir.

Məhkəmənin qərarı ölkədə ümummilli etiraz aksiyalarına səbəb olub. Ötən gün paytaxt Vaşinqton da daxil olmaqla, 50 ştatdan 37-sində minlərlə etirazçı “Əllər yuxarı, atəş açmayın” şuarı səsləndiriblər. Hadisənin baş verdiyi Sent-Luis dairəsində, Nyu York, Çikaqo, Filadelfiya, Boston, Atlanta, San Fransisko və Los Ancelsdə aksiyalar daha geniş xarakter alıb.

Sent-Luisdə şəhər rəhbərliyinin binasına soxulmağa çalışan 2 nəfər həbs edilib. Həmçinin, Los Ancelsdə bir qrup fəal yolları kəsərək məhkəmə qərarına etiraz ediblər. Polis 8 nəfəri həbs edib.

Fəallar gənci öldürən polis əməkdaşı Darren Uilsonun həbs edilməsi tələbi ilə çıxış ediblər.

ABŞ-ın baş prokuroru Erik Holder fakta dair federal səviyyədə istintaq araşdrıması başladıldığını deyib. Ekspertlər indi bir sualın üzərində durublar. “Darren Uilson Maykl Brauna atəş açan zaman onun insan haqlarını pozubmu?”

Erik Holder: “Departamentin istintaqı daha dolğun və müstəqil şəkildə davam edəcək. Proses hələ başa çatmayıb. Biz qanun keşikçiləri ilə cəmiyyət arasındakı qarşılıqlı etibarı bərpa etmək üçün ciddi şəkildə bu işlə məğul oluruq”

Bir müddət əvvəl Darren Uilson əməlinə görə, Braunun ailəsindən və, ümumilikdə, afroamerikalı vətəndaşlardan üzr istəmişdi.

Hadisənin baş verdiyi Ferquson şəhərində fəallarla polis arasında qeydə alınan qarşıdurmalar zamanı çoxsaylı zorakılıqlar baş verib. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar