Ramil Usubovdan daha iki kadr təyinatı

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub. Nazir, general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar