Keçmiş hakim barədə ilginc sənəd yayıldı - Bir nikahı pozmadan ikinci nikaha girib

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevlə bağlı maraqlı sənəd yayılıb. Həmin sənəd Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin Nəsimi rayon icra şöbəsinin rəisinin Həsən Əliyev barədə sorğusuna cavabdır. Sənəddən bəlli olur ki, Həsən Əliyev iki dəfə nikahda olub. Keçmiş hakim birinci dəfə 1990-cı ilə noyabrın 21-də ailə qurub. İkinci nikah isə 2007-ci il yanvarın 3-də Nizami rayon qeydiyyat şöbəsində qeydə alınıb. Burada maraqlı məqam ondan ibarətdir ki, Həsən Əliyev ikinci dəfə nikaha girərkən birinci nikah hələ qüvvəsində qalıb. Belə ki, birinci nikah 2008 ci il yanvarın 29-da pozulub. Azərbaycan qanunvericiliyinə görə isə vətəndaş bir nikaha pozulmadan ikinci nikaha girə bilməz. Görünür, müvafiq qurumlar Həsən Əliyevin hakimlik statusuna görə bu qanunsuzluğa göz yumublar.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar