Kataloniya erkən seçkilərə yaxınlaşır

Noyabrın 26-da Kataloniyanın 2 əsas partiyası erkən regional seçkilərin keçirilməsinə bir addım yaxınlaşıb.

Partiyalar bu seçkilərdən İspaniyanın müstəqilliyi ilə bağlı referenduma keçid kimi istifadə etmək istəyirlər. Xəbəri "Reuters" yayıb.

Noyabrın 9-da İspaniyanın iqtisadi məhsulunun beşdə birini verən əyalətdə simvolik müstəqillik referendumu keçirilib. Bu addımın qanunsuz olduğunu bildirən baş nazir Mariano Rajoy məhkəmələrlə buna mane ola bilməyib.

Seçkilərin keçirilməməsi ilə bağlı qərardan boyun qaçırdığına görə məhkəmə Artur Ması təqib edib. Səsvermədən sonra kataloniya lideri Artur Mas bildirib ki, regional partiyalar müstəqillik uğrunda bir bayraq altında birləşsələr, erkən seçkilər keçirəcək. Noyabrın 26-da Artur Mas 18 ay ərzində Katalon dövlətinin və ilk addım kimi siyasətçiləri birləşdirən ümumi seçki platformasının yaradılması planlarını açıqlayıb.

Kataloniyanın 2-ci böyük "Esquerra Republicana de Catalunya" (ERC) partiyasının lideri Oriol Yunqueras başlanğıcda bu təklifə etiraz edirdi. Noyabrın 26-da isə o, Masın planının yaxşı başlanğıc olduğunu və bunu müzakirə etməyə hazır olduğunu bildirib. "Biz elə formula tapmalıyıq ki, bütün siyasi qüvvələr birləşsin və müstəqilliyə doğru yaxınlaşmış olaq", - o deyib.

Masın mərkəz-sağ "Convergencia I Unio" (CiU) partiyası və solyönümlü ERC partiyası arasında rəsmi razılıq bir neçə həftə çəkə bilər. Erkən seçkilərdə onların birgə fəaliyyəti Rajoyun işini çətinləşdirir və Kataloniya ilə İspaniya mərkəzi hökuməti arasında dialoq ümidlərini azaldır. Rajoy Madridlə siyasi problemlərin həlli üçün maliyyə və vergi məsələlərində konstitusiya islahatlarına yol açaraq, Kataloniya ilə danışıqlar keçirilməsini təklif edib. Qeyd edək ki, Mas müstəqilliyə yönələn erkən seçki ideyasının nəticəsiz olacağını düşünürdü. Ona görə də o, buna əhəmiyyət vermirdi.

Noyabrın 9-da səs verən 2,2 milyon nəfərin 80%-i müstəqilliyi dəstəkləyiblər. Seçici fəallığı 40%-dən bir qədər artıq olub. Həftənin əvvəlində "El Mundo" qəzeti ictimai sorğunun nəticələrini yayıb. Qeyd olunur ki, bu gün regional seçkilər keçirilsəydi, CiU partiyası 23,8% səslə 22,1% səs toplayan ERC partiyasına qalib gələrdi. /eunews.az/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar