Ali Məhkəmə İbrahimbəyova "yox" dedi

Milli Şura sədri BMT İnsan Hüquqları Komitəsinə şikayətedəcək

Sentyabrın 6-da Ali Məhkəmədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib. Məlumatı “Media forum” saytına vəkil Fuad Ağayev verib.

Vəkil bildirib ki, bununla bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət edəcəklər. Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsi Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətini təmin etməyib. R.İbrahimbəyovun vəkili Fuad Ağayev məhkəmədən əvvəl "Turan"a bildirib ki, Ali Məhkəmə şikayəti təmin etməsə, BMT İnsan Hüquqları Komitəsinə şikayət göndəriləcək

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar