Rusiya Bakı-Ceyhanla neft nəqli üçün Türkiyə ilə danışıqlar aparır

Türkiyənin enerji naziri Taner Yıldız bu gün Moskvaya səfər edir.

Virtualaz.org saytı xəbər verir ki, bu səfər Rusiya prezidenti Vladimir Putinin iki ölkə arasında Strateji Tərəfdaşlıq Yüksək Şurasının toplantısında iştirak etmək üçün dekabrın 1-də Ankaraya səfəri ərəfəsində baş tutur.

Taner Yıldız “Qazprom”un Türkiyəyə satdığı qazın qiymətinin gələn il yanvarın 1-dən etibarən aşağı salınmasına dair danışıqlar aparacaq. Tərəflər arasında qazın daha ucuz satılmasına dair danışıqlar bir neçə həftə əvvəl başlayıb.

Rusiyanın enerji çevrələrindəki mənbə “Röyter”ə bildirib ki, “Qazprom” Türkiyəyə satdığı qazın qiymətini aşağı salmağa hazırdır. Lakin bu məsələyə kompleks şəkildə baxılır və tərəflər Qara dənizin dibindən keçən “Mavi axın” kəməri ilə nəql olunan qazın həcminin artırılmasını da planlaşdırırlar.

Dünya bazarlarında qazın qiyməti neftin qiyməti ilə indeksasiya olunduğundan Türkiyə “Qazprom”un qiyməti aşağı salacağına ümidlidir.

“Əgər tərəflər razılaşma əldə etsələr, bu, Putinin Ankaraya səfəri zamanı açıqlana bilər” - deyə mənbə bildirib.

Türkiyə qaza olan tələbatının əsas hissəsini Rusiyanın hesabına ödəyir. Bu il BOTAŞ və özəl sektor şirkətləri “Qazprom”dan cəmi 30 milyard kubmetrə yaxın qaz alacaqlar. Ölkənin qaza olan illik tələbatı 50 milyard kubmetrə yaxındır. Türkiyə tələbatın qalan hissəsini Azərbaycan, İran, Əlcəzair və Nigeriyadan təmin edir.

“Röyter”ə məlumat verən mənbə bildirib ki, Taner Yıldızın Moskva danışıqlarında Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə Rusiya neftinin nəqli məsələsi də müzakirə olunacaq. Rusiya son vaxtlar Xəzərdən hasil olunan neftinin bir qismini BTC ilə nəql etməyə başlayıb. Söhbət “Lukoil”un Xəzərin şimal hissəsindən hasil etdiyi neftdən gedir.

Mənbənin bildirdiyinə görə, Rusiya BTC ilə daha çox neft nəql etməkdə maraqlıdır və Moskva danışıqlarında bu məsələ müzakirə predmetlərindən biri ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar