Qızıl niyə qızıl qiymətinə deyil?

Dünya bazarında qızıl son 4 ildə ən aşağı qiymətə təklif edilir. Qızılın qramı 38 dollar, unsiyası 1200 dollardır.

İqtisadçı ekspert Vüqar Bayramov “Media forum” saytına deyib ki, 2008-ci ilin qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alınan qızılın 2013-cü ildən ciddi dəyər itirəcəyi öncədən bilinirdi: “Böhrandan sonrakı mərhələdə tələbin azalması iqtisadi qanunlara uyğundur. 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətinlik çəkən investorlar o zaman öz pullarını qızılda saxlamağa üstünlük verdilər.

Hazırda dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən ölkələrdə, o cümlədən Çində, Hindistanda qızıl külçə və sikkələri bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub.

Azərbaycanda son bir ildə qızılın qiymətinin 5 faiz aşağı düşməsi ondan yığım vasitəsi kimi istifadə olunmaması ilə bağlıdır. Əvvəllər vəsaitin yığım vasitəsi kimi qızıla cəlb edilməsi rentabelli idisə, indi rentabelli deyil. Çünki qızılın alış və satış qiymətləri arasında kəskin fərq var. Bundan başqa dünyada və Azərbaycanda qızıla zinət əşyası kimi maraq azalıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar