"Google" ABŞ Dövlət Departamentinə işləyir - "WikiLeaks" təsisçisi

ABŞ-ın "Google" şirkəti, faktiki olaraq, bu ölkə hökumətinə, Dövlət Departamentinə işləyir.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu ifşaedici fikir "WikiLeaks" təşkilatının təsisçisi Culian Assanjın dekabrın 1-də işıq üzü görəcək kitabında yer alır.

Bildirilir ki, C.Assanj bu qənaətə "Google" prezidenti Erik Şmidt və Şirkətin Direktorlar şurasının üzvü Cared Koyenlə 2011-ci ildə baş tutan görüşündən sonra gəlib. İngiltərədə keçirilən və uzun sürən görüşdə, həmçinin ABŞ-ın diplomatik emissarları olan Liza Şilds və Skott Malkomson da iştirak ediblər.

Assanj kitabında görüşdə apardıqları söhbətin onu şübhəyə salan bütün təfərrüatlarını əks etdirir: “Məhz bu anda anladım ki, Erik Şmidt, çox böyük ehtimalla, təkcə "Google" emissarı deyil. Məni dörddəbiri "Google" təmsilçilərindən və dörddəüçü ABŞ Dövlət Departamentindən olan şəxslər qrupu ziyarət edib.”

C.Assanjın sözlərinə əsasən, axtarış şirkətinin sahibəsi ABŞ Federal Təhlükəsizlik Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinə istifadəçilərinin yazışmalarına elektron poçt vasitəsilə, demək olar, məhdudiyyətsiz çıxış təqdim edir. İdarə əməkdaşları bu çıxışı prokurorluq və ya məhkəmə qərarı olmadan istənilən polis məntəqəsində ala bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar