Kürd liderinin oğlu İŞİD tərəfindən öldürüldü

Kürdüstan Sosialist Demokrat Partiyasının sədri Məhəmməd Hacı Mahmudun oğlu Ata Məhəmməd İŞİD tərəfindən öldürülüb.Kərkükdən 12 kilometr cənubdakı Tilverde kəndində İŞİD-ə qarşı əməliyyatlara rəhbərlik edən 35 yaşlı Ata Məhəmməd döyüş zamanı öldürülüb. O, 5 uşaq atası idi.

Kürdlərin yaydığı məlumata görə, İraqda Mosul anbarının ətrafında baş verən döyüşlərdə öldürülən İŞİD üzvlərinin sayı 124-ə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar