İkram İsrafilin izləndiyi deyilən oğlu İngiltərədən tapıldı

"Müsavat Partiyasının bəyanatı faktlara əsaslanan bəyanatdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.Xatırladaq ki, Müsavat Partiyasının dünən-noyabrın 26-da yaydığı bəyanatda partiyanın Divan üzvü, keçmiş deputat İkram İsrafilin oğlu İsrayıl İsrafilin təqiblərə məruz qaldığı bildirilirdi: "İsrayıl İsrafil Müsavat Partiyasında və sosial şəbəkələrdəki aktiv fəaliyyətinə görə təqib və təhdid olunub. Son olaraq NİDA-çı gənclərin məhkəməsindəki etiraz aksiyasında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb, təzyiqə məruz qalıb. İsrayıl İsrafil müsavatçı olduğuna görə oxuduğu universitetdə də təqib olunub, imtahana buraxılmayıb. Bu gün də ona qarşı təqib və təhlükə davam etməkdədir".

Lakin bu bəyanatdan sonra məlum olub ki, İ.İsrafilin oğlu təxminən yarım ildir İngiltərədə yaşayır və bəyanatda əksini tapan hadisələr də keçmişdə baş verib. G.Aslanlı bu faktı inkar etməyərək bəyan edib ki, bəyanatın yayılmasında məqsəd İsrayıl İsrafilə və ailəsinə qarşı bu gün də təzyiqlərin davam etməsinə diqqət çəkmək olub: “Ailəsindən Müsavata verilən məlumata görə, ona və ailəsinə bu gün də təzyiqlər davam edir. Onun ailəsinə tez-tez zəng vururlar. Yəni Müsavat Partiyasının bəyanatı faktlara əsaslanan bəyanatdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar