Əlgüşad Gülalıyevin apellyasiya şikayəti əngəllənə bilər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşada çıxarılmış hökmdən apellyasiya şikayəti hazırlanır.

Universitet tələbəsi olan 17 yaşlı Əlgüşad Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Oktyabrın 30-da Xətai Rayon Məhkəməsi ona 6 ay islah işləri cəzası verib, hər ay əməkhaqqından 15 faiz cərimə kimi tutulması haqda qərar çıxarıb.

Oqtay Gülalıyev noyabrın 27-də “Media forum” saytına bildirib ki, apellyasiya şikayəti hazırlanır: “Xətai Rayon Məhkəməsi hökmü göndərmədiyinə görə ləngimişik. Noyabrın 25-də qərarı məhkəmədən özüm götürdüm. Mənə bildirdilər ki, qərar əvvəlcədən göndərilib və poçt probleminə görə ünvana çatmayıb. Dedilər ki, apellyasiya şikayəti üçün müddət bitib. Lakin qanunvericilikdə göstərilir ki, apellyasiya şikayəti üçün verilən müddət ilkin instansiya qərarının alındığı gündən hesablanmalıdır. Mən müddətin bərpa olunması üçün vəkillərlə məsləhətləşirəm və yaxın günlərdə apellyasiya şikayətini hazırlayıb Xətai Rayon Məhkəməsinə göndərəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar