Çin generalının evindən 12 yük maşını pul tapdılar!

Çinin hüquq-mühafizə orqanları ölkınin ən yüksək rütbəli generallarından biri olan Syu Çayxanın rezidensiyasında axtarış keçirən zaman, oradan külli miqdarda kağız pullar və qiymətli zinət əşyaları tapılıb. Həmin generalın əldə etdiyi “var –dövlətin” hesablanması prosesi bir həftə vaxt aparıb. Beləki, pul əskinasları da daxil olmaqla, onun topladığı qiymətli əşyaları 12 yük maşını ilə aparıblar.

Bu general 2012-ci ildən başlanmış anti –korrupsiya kampaniyasının hədəfinə gəlmış ən böyük vəzifə sahibi olub. Əsas anti-korrupsiya idarəsinin nizam-intizamın yoxlanılması üzrə yaradılan Mərkəzi komitəsinin məlumatına görə, sentyabr ayında 74 min məmur məsuliiyətə cəl edilib. Çin Xalq Respublikasının sədri Si Çzinpin söz verib ki, həyata keçirilən anti- korrupsiaya kampaniyasında “həm pələnglərə, həm də ki, milşəklərə” zərbə vurulcaq. Hazırda Çinin elə də yüksək dəyərə malik pul əskinası yoxdur. Ən böyük banknot - 100 yuandır (100 yuan təxminən 16 dollar dəyərindədir). Hesablamalara görə, bir ton bankomat təxminən 100 milyon yuan təşkil edir.

General Syunun topladığı pullar anti- korrupsiya tərəfindən ələ keçirilən heç də ən böyük “qənimət” deyil. Beləki, bu ilin may ayında güc srtukturları dövlət eneji komissiyasının kömür məsələləri idarəsinin müvini Vey Penyuandan 200 milyon yuan pul müsadirə etmişdilər.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar