SƏLİM MÜSLÜMOVUN NAXÇIVANLI "GENOSİDİ" - Anti-kampaniya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 17 il Naxçıvan doğumlu şəxslər rəhbərlik etdiyindən bu bölgədən olanlar çoxluq təşkil edirdilər; Ağsu doğumlu Səlim Müslümovun təyinatından sonra isə situasiya kəskin dəyişib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov strukturda çalışan Naxçıvan əsilli məmurları kütləvi şəkildə işdən çıxarmağa başlayıb. Onun nazir kimi ilk əmrləri də məhz Naxçıvan əsilli rəhbər kadrların işdən kənarlaşdırılması ilə bağlı olub. Bu barədə “Yeni Müsavat”a nazirlikdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, aparat rəhbəri Elnur Kələntərov və onun müavini Elnur Camalxanov işdən azad ediliblər. Bu şəxslər Naxçıvan əsilli məmurlar olmaqla yanaşı, həm də sabiq nazir Füzuli Ələkbərova çox yaxın personalar hesab edilirdilər. Bundan başqa, nazirliyin ən mühüm postlarından sayılan Dövlət Əmək Müfəttişliyinin Naxçıvan əsilli rəisi işdən çıxarılıb. İşdən çıxarılanların yerini S.Müslümovun keçmiş işçiləri - Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tutur. Məsələn, nazirliyin aparatının rəhbəri vəzifəsinə DSMF-də eyni funksiyanı icra edən Əjdər ol, Dövlət Əmək Müfəttişliyinin rəisi postuna isə fondun maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev təyinat alıb. Hər iki şəxs qeyri-regionları təmsil edir.

Mənbənin iddiasına görə, indi nazirliyin Bakı rayonları üzrə şöbələrində Naxçıvan əsilli məmurların işdən çıxarılmasına başlanılıb. Naxçıvan əsilli məmurların daha çox təmsil olunduğu Dövlət Əmək Müfəttişliyində isə bu daha qabarıq nəzərə çarpır. Müəssislərdə əmək müqavilələrinin bağlanmasına nəzarət edən bu qurum nazirliyin ən “rentabelli” idarələrindən sayılır. Ona görə də S.Müslümov ilkin olaraq bu strukturu tam nəzarətə götürməyə qərar verib. Əmək Müfəttişliyinin yerli strukturlarının rəhbərliyi də kütləvi şəkildə dəyişdirilir.

Bundan başqa, nazirlikdə Tibbi Sosial Ekspert Komissiyalarının (daha çox VTEK adı ilə tanınır) sədrləri də kütləvi şəkildə dəyişdirilir.

Mənbə deyir ki, bütün bu göstərişlər uzun müddətdə nazirlikdə kök salmış kadrların işdən kənarlaşdırmasına hesablanıb. Uzun müddət nazirliyə Naxçıvan əsilli məmurlar rəhbərlik etdiyindən bu bölgədən olanlar çoxluq təşkil edirlər. 1996-2006-cı illərdə nazirliyə Naxçıvan əsilli Əli Nağıyev, 2006-2013-cü illərdə isə Naxçıvan əsilli Füzuli Ələkbərov başçılıq edib. Bu səbəbdən də onların həmyerliləri burada daha çox təmsil olunur. Ağsu əsilli Səlim Müslümovun dövründə isə vəziyyət dəyişib - Naxçıvan əsillilərin kütləvi şəkildə işdən çıxarılmasına start verilib.

Obyektivlik naminə bir detalı qeyd edək ki, əslində burada məqsəd kadrları məhz naxçıvanlı olduqlarına görə “genosid” etmək deyil. Məsələ budur ki, xalqla hakimiyyətin əsas təmas məntəqəsi olan bu nazirlikdəki əksər problemli kadrlar naxçıvanlılardır. Yəni nazirlikdə onların xüsusi çəkisi çox olduğu üçün belə bir mənzərə yaranıb.

Sonda qeyd edək ki, prezident bu nazirliyi qaydaya salmaq və təmizləmək üçün S.Müslümova xüsusi səlahiyyətlər verib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar