Vyanada OPEC təşkilatının iclası başlayıb

Avstriya paytaxtı Vyanada OPEC neft ixrac edən ölkələr birliyi üzvlərinin iclasında dünyada neft hasilatının həcmləri müzakirə olunur.

Əsas müzakirələrin neft hasilatının mümkün azalması məsələsi ətrafında aparılacağı gözlənilir.

Avropada iqtisadi durğunluq, Çin iqtisadiyyatının artım tempinin azalması, ABŞ-da şist nefti istehsalının artması dünyada neft qiymətlərinin 30 faiz azalmasına səbəb olub.

Gözlənildiyinə görə, İran və Venesuela neft hasilatı həcmlərinin azaldılmasına çalışacaqlar.

Dünyada neftin ən iri istehsalçısı sayılan Səüdiyyə Ərəbistanı isə bu mövgeyi bölüşmür.

Təhlilçilərin qənaətinə görə, geosiyasi təlatümlər fonunda neftin 1 barelinin 100 dollardan yuxarı sabit qiymət dövrü artıq keçmişdə qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar