Nə üçün Rusiya neft hasilatını aşağı salmaqdan imtina edib? – “İmkanımız yoxdur...”

Hazırda dünyanın heç bir ölkəsi neftin qiymətinin aşağı düşməsi səbəbindən Rusiya qədər ziyan çəkmir. Dünya xammal neftinin ən böyük istehsalçısı olan bu ölkənın büdcəsi, bir barel neftin qiymətinin 80 dollardan aşağı enməsi nəticəsində il ərzində 100 milyard dollar itkiyə məruz qalır. Prezident Putinin sözlərinə görə, neftin qiymətinin bundan sonrakı “fəlakətli” düşüşü tamamilə mümkündür. Bəs onda nəyə görə Moskva neft qiymətinin yerində möhkəm dayanmasının təmin olunması üçün haliyədə çıxardığı neftin hasilatının aşağı salınması məsələsində neft ixrac edən ölkələrlə (OPEK) mümkün razılaşmadan imtina edir?

Görəsən nə üçün Rusiya öz neft hasilatına məhdudiyyət qoymaq istəmir? Bunun səbəblərindın biri Moskvanın Sibirdəki yataqları bağlamaq istəməməsi ilə əlaqədərdır. Çünki qış aylarında yataqların bağlanması hədsiz dərəcədə çətin bir işdir. Rusiyanın energetika naziri bu barədə deyib: ”Bizim Səudiyyə Ərəbistanı kimi hasilatı tez bir şəkildə aşağı salmaq imkanımız yoxdur”.

Başqa tərəfdən isə Rusiya hökuməti pensiyaların ödənməsi və digər büdcə öhdəliklərinin həyata keçirilməsi istiqamətində neft satışından əldə edilən gəlirlərə kifayət qədər böyük ehtiyac duyur. ”Rosneft”-in rəhbəri İqor Seçin bildirir ki, Rusiyanın neft şirkətləri qiymətlərin kəskin aşağı-yuxarı hərəkətləməsi şəraitində işləməyə uyğunlaşıblar. O, “Bloomberg” agentliyinin nümayəndəsinə deyib: ”Neft qiymətinin hətta 60 dollardan aşağıya düşməsi də bizi hasılatı aşağıya salmağa məcbur edə bilməz”. Ancaq həqiqətən də, Rusiya hasilatı aşağıya sala bilməz. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları nəzərə alsaq, onun dünya kapital bazarından pul götürmək imkanı kəskin şəkildə məhdudlaşıb. Deməli indi neft satışı ölkəyə daxil olan əsas valyuta mənbəyi sayılır. Ona görə də, Rusiyanın neft şirkətləri ölkə üçün həmin valyuta axınını təmin etməlidirlər. Digər yandan isə sanksiyalar Rusiyanın Qərbin neft avadanlıqları və texnologiyasını əldə etmək yolunu da kəsib.

Moskvanın “Alfa-bank” bankının enerji məsələləri üzrə analitiki Aleksandr Kornilov “Bloomberg”-ə verdiyi mesahibəsində bildirib: ”Bazara təsir etmək üçün hasilatın xüsusi olaraq aşağı salınması baş verməyəcək. Hələlik Rusiya hasil edə biləcəyi qədər neft çıxaracaq”.

“Bloomberg Buisnessweek”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar